...

İstanbulda partlayış: yaralılar var

Dünya xəbərləri Materials 20 Fevral 2017 16:53 (UTC +04:00)
Yaralılar xəstəxanaya yerləşdirilib.
İstanbulda partlayış: yaralılar var

Bakı. Trend:

İstanbulda Küçük Çekmece rayonunda kafelərin birində baş vermiş partlayış nəticəsində 7 nəfər yaralanıb.

Trend-in məlumatına görə, yaralananlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

İlkin məlumatlara görə, hadisəyə səbəb qaz sızması olub.

Əraziyə təcili tibbi yardım briqadaları və yanğınsöndürənlər cəlb edilib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti