Bakı. Trend:
Əl-Qaidə terror qruplaşmasının terrorçularının hücumu nəticəsində 11 Yəmən hərbçisi həlak olub.
Trend-in məlumatına görə, 6 hərbçi terrorçuların Abyan əyalətində nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində həlak olub, 5 hərbçi isə terrorçular Hadramaut əyalətində öldürüblər.
Qeyd edək ki, Yəmənin cənubunda İŞİD və Əl-Qaidə terror qruplaşmaları fəaliyyət göstərir.