...

Olland prezident seçkilərində səs verib

Dünya xəbərləri Materials 23 Aprel 2017 12:24 (UTC +04:00)
Fransa prezidenti Fransua Olland ölkədə keçirilən prezident seçkilərində səs verib
Olland prezident seçkilərində səs verib

Bakı. Trend:

Fransa prezidenti Fransua Olland ölkədə keçirilən prezident seçkilərində səs verib.

Trend-in məlumatına görə, səs vermək üçün Olland Tyul şəhərini seçib. O 2001-2008-cı illərdə bu şəhərin meri olub.

Qeyd edək ki, Fransada bu gün yerli vaxtla saat 8:00-də prezident seçkilərində səsvermə başlayıb. Ölkədə 66,5 min seçki məntəqəsi faliyyət göstərir.

Seçki məntəqələri saat 19:00-20.00-da bağlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti