Bakı. Trend:
Liviya ordusu Benqazi mərkəzində döyüşlər nəticəsində bir neçə rayonu terrorçulardan azad edib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda əl-Obeydi Xəlifənin hərbi komandanlığının mətbuat xidmətinin rəhbəri xəbər verir.
Qeyd edək ki, Liviya ordusu iki ildir marşal Xəlifə Xaftaranın rəhbərliyi altında Benqazidə İŞİD və "Əl-Qaidə" birləşmələrin yaraqlılarına qarşı əməliyyat aparır.