...

Türkiyədə 35 jurnalist saxlanıldı

Dünya xəbərləri Materials 10 Avqust 2017 11:04 (UTC +04:00)
Türkiyədə bu gün səhər saatlarında 35 jurnalist saxlanılıb.
Türkiyədə 35 jurnalist saxlanıldı

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyədə bu gün səhər saatlarında 35 jurnalist saxlanılıb.

Trend-in verdiyi məlumata görə, onlar Fəthullah Gülən hərəkatı ilə əlaqədə şübhəli hesab olunurlar.

Polisin verdiyi məlumata görə, onlar Gülən hərəkatı üzvlərinin də istifadə etdiyi ByLock rabitə proqramından istifadə etdikləri məlum olub.

Saxlanılan jurnalistlərin adları açıqlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti