Bu iri aviaşirkət müflisləşdiyini elan etdi

Dünya xəbərləri Materials 15 Avqust 2017 17:25 (UTC +04:00)

Bakı. Trend:

Almaniyanın ikinci ən böyük aviaşirkəti olan “Air Berlin” müflisləşmə prosedurunu işə salıb.

Trend-in məlumatına görə, bu barədə şirkət rəsmi məlumat yayıb.

Qeyd olunur ki, müflisləşmə haqda qərar şirkətin əsas səhmdarı “Etihad”ın maliyyə dəstəyini dayandırmasından sonra verilib.

Qeyd edək ki, 1978-ci ildə yaradılmış “Air Berlin” şirkətində hazırda 8600-dən çox işçi çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti