...

Kataloniyada partlayış baş verən evdə 106 qaz balonu tapılıb

Dünya xəbərləri Materials 19 Avqust 2017 01:23 (UTC +04:00)
Kataloniyanın Tarraqonə əyalətində partlayış baş verən evdə 106 ədəd qaz balonu tapılıb
Kataloniyada partlayış baş verən evdə 106 qaz balonu tapılıb

Bakı. Trend:

Kataloniyanın Tarraqonə əyalətində partlayış baş verən evdə 106 ədəd qaz balonu tapılıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, polislər ehtimal edirlər ki, partlayış baş verən ev Barselonada və Kambrilsdə baş verən terror aktlarının hazırlandığı əsas yer olub.

Qeyd edək ki, partlayış avqustun 17-si axşam saatlarında baş verib. Partlayış nəticəsində 2 nəfər həlak olub, 1 nəfər isə xəsarət alıb. Cümə axşamı hüquq-mühafizə orqanlarının əməkdaşları və yanğınsöndürənlər hadisə yerində axtarış işləri apararkən daha bir partlayış baş verib və nəticədə 6 nəfər yaralanıb.

Bundan əlavə eyni saatlarda Barselonada və Kambrilsdədə terror aktları baş verib. İspaniyanın Barselona şəhərində terrorçu mikroavtobusu insanların üzərinə sürüb. Hadisə şəhərin mərkəzində, Rambla küçəsində qeydə alınıb. Bundan bir neçə saat sonra Barselonadan 120 kilometr aralıda yerləşən Kambrilsdə daha bir terrorçu furqonu insanların üzərinə sürüb.

Terror aktları nəticəsində 15 nəfər ölüb, xəsarət alanların sayı 130 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti