...

Bu ölkədə mafiyanın evləri miqrantlara veriləcək

Dünya xəbərləri Materials 31 Avqust 2017 19:30 (UTC +04:00)
Roma Bələdiyyəsinin rəhbəri mafiyadan müsadirə edilən binalara 200 min miqrantın yerləşdiriləcəyini deyib.
Bu ölkədə mafiyanın evləri miqrantlara veriləcək

Bakı. Trend:

İtaliyanın paytaxtı Romada bələdiyyə rəhbəri mafiyadan müsadirə edilən binalara 200 min miqrantın yerləşdiriləcəyini deyib.

Trend-in məlumatına görə, Virginia Raggi "Facebook" hesabından etdiyi açıqlamada deyib ki, hazırda bununla bağlı yerli qurumlarla müzakirələr aparılır.

Qeyd edək ki, keçən həftə Romada polislər əsasən Efiopiya və Eritreyadan olan miqrantların yaşadıqları evlərə reyd keçirib, miqrantlara qarşı təzyiqli su şırnaqlarından istifadə edilib.

Hadisə yerli mətbuatda ciddi tənqid olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti