...

İkinci Dünya müharibəsi bombasına görə kütləvi təxliyə

Dünya xəbərləri Materials 4 Sentyabr 2017 05:37 (UTC +04:00)
Almaniyanın Frankfurt şəhərində İkinci Dünya müharibəsi dövründən qalmış böyük bir bomba aşkar edildikdən sonra, 65 minə yaxın sakinə evlərini təcili sürətdə tərk etmək göstərişi verilib.
İkinci Dünya müharibəsi bombasına görə kütləvi təxliyə

Bakı. Trend:

Almaniyanın Frankfurt şəhərində İkinci Dünya müharibəsi dövründən qalmış böyük bir bomba aşkar edildikdən sonra, 65 minə yaxın sakinə evlərini təcili sürətdə tərk etmək göstərişi verilib.

Trend-in BBC agentliyinə istinadən verdiyi xəbərə görə, ekspertlərə bombanı zərərsizləşdirməyə imkan vermək üçün sakinlər ərazidən 1 günlük müddətə təxliyə olunub.

Polisin bildirdiyinə görə, evakuasiya başa çatdıqdan sonra bombanın zərərsizləşdirilməsi ilə bağlı işlərə start verilib.

Bu, Almaniyada müharibədən sonra keçirilmiş ən irimiqyaslı təxliyə tədbiridir.

Polis hamının ərazidən çıxdığına əmin olmaq üçün, mənzillərin hər bir yoxlama aparıb.

Görülən təhlükəsizlik tədbirləri çərçivəsində hospitallar, qocalar evi və Almaniyanın mərkəzi bankı da təxliyə olunub.

Güman edildiyinə görə, Almaniya ərazisində müharibə dövründən qalan yüz minlərlə partlamamış bomba var.

Polis yerli mediaya bildirib ki, təxliyə nəzərdə tutulmuş cədvələ uyğun aparılıb və təhlükəli ərazini artıq hamı tərk edib.

Çəkisi 1.4 ton olan Britaniya bombası tikinti meydançasında çərşənbə günü aşkar olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti