Bakı. Trend:
Böyük Britaniyanın Nyukasl şəhərində dünyanın ən yaşlı hesab olunan pişiyi ölüb. Trend-in məlumatına görə, “Natmeq” adlı pişik 32 yaşında ölüb.
Pişiyin sahibləri onun nəfəs almaqda çətinlik çəkdiyini görəndə pişiyi baytara aparıblar. Lakin baytarın səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Baytarlar onun ürək çatışmazlığından öldüyünü bildiriblər.
Qeyd edək ki, bundan öncə ən yaşlı pişik ötən il Texasda 30 yaşında ölüb.