...

Avropa İttifaqının binasında təxliyə: zəhərlənənlər var

Dünya xəbərləri Materials 13 Oktyabr 2017 15:58 (UTC +04:00)
Brüsseldə Avropa İttifaqının (Aİ) binasında təxliyə işləri aparılıb.
Avropa İttifaqının binasında təxliyə: zəhərlənənlər var

Bakı. Trend:

Brüsseldə Avropa İttifaqının (Aİ) binasında təxliyə işləri aparılıb.

Trend-in məlumatına görə, buna binanın texniki hissəsindəki ventilyasiya sistemində yaranan nasazlıq səbəb olub. Təhlükəsizlik məqsədilə binadakı insanlar təxliyə edilib.

Bir neçə nəfərin toksiki buxardan zəhərləndiyi bildirilir.

Aİ-nin məlumatında hadisənin mətbəxdə qeydə alındığı, zəhərlənənlərin də mətbəxdə çalışan bir neçə əməkdaş olduğu deyilir.

Əraziyə təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti