Bakı. Trend:
ABŞ-ın ən varlı adamı yenidən Bill Qeyts seçilib.
Trend-in məlumatına görə, o, "Forbes" jurnalının dərc etdiyi reytinqə başçılıq edir.
"Microsoft"un başçısının var-dövləti 89 milyard dollara çatır. "Amazon" şirkətinin başçısı Ceff Bezos 81,5 milyard dollar ilə ikinci pillədə qərarlaşıb. Üçüncü yerdə isə Uorren Baffetdir, onun var-dövləti 78 milyar dollar təşkil edir.