...

Hindistanda güclü yağış - 10-dan çox adam ölüb

Dünya xəbərləri Materials 4 Noyabr 2017 14:10 (UTC +04:00)
Hindistanın cənubunda Çennay şəhərində güclü yağıntılar nəticəsində azı 12 nəfər həlak olub
Hindistanda güclü yağış - 10-dan çox adam ölüb

Bakı. Trend:

Hindistanın cənubunda Çennay şəhərində güclü yağıntılar nəticəsində azı 12 nəfər həlak olub.

Trend-in məlumatına görə, on mindən çox sakin Tamilnad ştatında yaradılmış xüsusi düşərgələrə sığınmalı olub.

Yağış bölgədə bir həftəyə yaxındır ki, davam edir. Oktyabrın 31-dən etibarən ştat ərazisində bütün məktəblər bağlanıb. Çennay şəhərində isə bir sıra yollar su altında qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti