...

İtaliyanın milli himni rəsmi status aldı

Dünya xəbərləri Materials 16 Noyabr 2017 04:36 (UTC +04:00)
İtaliyanın milli himni olan "İtaliyanın qardaşları" 71 ildən sonra ölkənin rəsmi himni statsunu alıb.
İtaliyanın milli himni rəsmi status aldı

Bakı. Trend:

İtaliyanın milli himni olan "İtaliya qardaşları" 71 ildən sonra ölkənin rəsmi himni statusunu alıb.

Trend-in ANSA agentliyinə istinadən verdiyi məlumata əsasən, qərar 15 noyabr tarixində İtaliya Senatının konstitusiya işləri üzrə komissiyası tərəfindən qəbul edilib. Daha öncə bu himn bütün tədbirlərdə səslənsə də, rəsmi statusa malik deyildi.

1946-cı ildə İtaliyanın Nazirlər Şurası Alçide de Qasperinin sədrliyi ilə "İtaliya qardaşları" kompozisiyanın ölkənin rəsmi himni kimi müvəqqəti istifadə edilməsi barədə fərman imzalamışdı. O vaxtdan himnin statusu dəyişməmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti