...

Cənubi Koreyada fitnes mərkəzində yanğın 20 nəfəri öldürdü

Dünya xəbərləri Materials 21 Dekabr 2017 16:22 (UTC +04:00)

Bakı. Trend:

Cənubi Koreyanın Çeçhon şəhərində fitnes mərkəzində yanğın baş verib. Trend-in məlumatına görə, yanğın nəticəsində 20 nəfər həlak olub, daha 24 nəfər xəsarət alıb.

Məlumata görə, yanğın səkkizmərtəbəli binanın qarajında avtomobilin yanması səbəbindən başlayıb. Hadisənin qurbanları ikinci mərtəbədəki fitnes mərkəzinin müştəriləri olub.

Yanğının qarşısının alınması üçün 50 yanğınsöndürən cəlb olunub.

Xəbər lenti

Xəbər lenti