Bakı. Trend:
Meksikada sentyabr-noyabr aylarında 12,7 mindən artıq 1,2-8,2 bal güclərində zəlzələlər baş verib.
Trend-in məlumatına görə, bu barədə Meksika Milli Seysmoloji Xidməti məlumat yayıb.
Məlumata əsasən, ən çox zəlzələ sentyabr ayında qeydə alınıb - 5,7 min. Sentyabrın 7-si və 19-da yüzlərlə insanın ölümünə səbəb olan iki zəlzələ baş verib.
Oktyabrda Meksikada 3,8 min dəfə, noyabrda isə 3,2 min dəfə zəlzələ qeydə alınıb. Daha çox zəlzələ Oahaka və Çyapas ştatlarında baş verib.