...

Nyu-Yorkda 12 nəfərin həyatına son qoyan yanğının səbəbi açıqlanıb

Dünya xəbərləri Materials 29 Dekabr 2017 22:14 (UTC +04:00)
Nyu-Yorkdun Bronks rayonunda yaşayış binasında baş verən yanğının səbəbi açıqlanıb
Nyu-Yorkda 12 nəfərin həyatına son qoyan yanğının səbəbi açıqlanıb

Bakı. Trend:

Nyu-Yorkdun Bronks rayonunda yaşayış binasında baş verən yanğının səbəbi açıqlanıb.

Trend-in məlumatına görə, şəhərin meri Bill de Blazio bildirib ki, yanğına səbəb uşağın qaz plitəsi ilə oynaması olub: "Hazırda, biz, təəssüf ki, hesab edirik ki, yanğına səbəb binanın birinci mərtəbəsində azyaşlı uşağın qaz plitəsi ilə ehtiyyatsız oynaması olub".

Qeyd edək ki, ötən gün Nyu-Yorkda yerli vaxtla saat 19:00-da Bronks rayonunda yerləşən yaşayış binasında yanğın baş verib. Yanğın nəticəsində 12 nəfər həlak olub.

Xəbər lenti

Xəbər lenti