Bakı. Trend:
Türkiyənin Kilis vilayətinin ərazisinə Suriyadan buraxılan dörd raket düşüb.
Trendin türk KİV-lərinə istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində 7 nəfər yaralanıb. Qeyd olunur ki, raketlər PYD/YPG tərəfindən buraxılıb.
Yaralananlar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti normaldır.