...

Dəniz yenə coşdu - İstanbul və Bursada reyslər təxirə salındı

Dünya xəbərləri Materials 23 Yanvar 2018 10:16 (UTC +04:00)
İstanbulda dəniz reysləri təxirə salınıb.
Dəniz yenə coşdu - İstanbul və Bursada reyslər təxirə salındı

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbulda dəniz reysləri təxirə salınıb. Trend-in məlumatına görə, Türkiyənin Dəniz Nəqliyyatı İdarəsi belə bir qərarın qəbul edilməsini hazırda İstanbulda hökm sürən qeyri-sabit hava şəraiti ilə əlaqələndirib.

Qeyd edək ki, bu gün İstanbulda yağışla müşayiət olunan güclü külək əsir. Sinoptiklərin proqnozlarına görə, qeyri-sabit hava şəraiti İstanbul akvatoriyasında hələ bir neçə gün qədər davam edəcək.

İdarədən verilən məlumata görə, qeyri-sabit hava şəraiti ilə əlaqədar Bursada da dəniz reysləri təxirə salınıb.

Türkiyənin Dəniz Nəqliyyatı İdarəsi tərəfindən verilən məlumatda həmçinin qeyd edilir ki, dəniz reyslərinin təxirə salınması ilə əlaqədar "Marmaray" tuneli gücləndirilmiş iş rejiminə keçib.

Xəbər lenti

Xəbər lenti