Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp və xanımı Melaniya Tramp Solomon Quqqenhaym Muzeyindən Van Qoqun rəsmini istəyiblər, lakin bunun əvəzində onlara qızıl unitaz təklif olunub.
Trend-in məlumatına görə, Tramplar məşhur rəssamın "Qarlı peyzaj" (1888-ci il) əsərini öz otaqlarında asmaq istəyiblər. "The Washington Post" qəzeti yazır ki, Muzey rəhbərliyi nəzakətlə imtina edib, əvəzində isə müasir rəssam Maurisio Kattalenin "Amerika" adlı interaktiv işini - 18 karatlıq qızılla örtülmüş unitaz təklif olunub.
Qeyd edək ki, "Amerika" il ərzində muzeyin tualetində nümayiş olunub. Tənqidçilərin fikrincə, bu, ABŞ-da ifrat zənginliyi göstərən satirik işdir.