...

"Zeytun budağı" ilə bağlı STATİSTİKA - 134 məntəqə, 22 strateji yüksəklik azad edilib

Dünya xəbərləri Materials 5 Mart 2018 10:26 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Afrində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində 134 yaşayış məntəqəsi terrorçulardan azad edilib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Baş Qərargahının bu gün yaydığı bəyanatda qeyd olunub.

Həmçinin 22 strateji yüksəkliyin də terrorçulardan təmizləndiyi qeyd edilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Xəbər lenti

Xəbər lenti