...

Kaliforniyada ticarət mərkəzində atışma olub, ölən və yaralanan var

Dünya xəbərləri Materials 18 Mart 2018 05:18 (UTC +04:00)
ABŞ-ın Tauzend-Ouks şəhərində (Kaliforniya ştatı) ticarət mərkəzində atışma baş verib
Kaliforniyada ticarət mərkəzində atışma olub, ölən və yaralanan var

Bakı. Trend:

ABŞ-ın Tauzend-Ouks şəhərində (Kaliforniya ştatı) ticarət mərkəzində atışma baş verib.

Trend-in məlumatına görə, bu barədə Ventura dairəsinin şerif idarəsinin "Twitter" səhifəsində paylaşılan məlumatda deyilir.

"Bir nəfər ölü tapılıb, daha bir nəfər isə xəstəxanaya yerləşdirilib. Vəziyyət nəzarətdə saxlanılır, ictimaiyyət üçün təhlükə yoxdur", - məlumatda bildirilir.

"Associated Press" agentliyinin məlumatına əsasən, yaralanan şəxs atəş açan şəxsdir. Əvvəlcə o, digər adamı öldürüb, sonra isə intihar etmək istəyib.

Xəbər lenti

Xəbər lenti