...

Tramp narkotacirlərə ölüm hökmünü tətbiq etməyi düşünür

Dünya xəbərləri Materials 19 Mart 2018 09:05 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp bu gün ölkəsində tüğyan edən opioid fəlakəti ilə bağlı mübarizə planını təqdim edəcək.
Tramp narkotacirlərə ölüm hökmünü tətbiq etməyi düşünür

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp bu gün ölkəsində tüğyan edən opioid fəlakəti ilə bağlı mübarizə planını təqdim edəcək.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin daxili siyasət məsələləri üzrə direktoru Endryu Bremberq bidirib.

Onun sözlərinə görə, təqdim olunacaq sənədlər arasında narkotacirlərə qarşı ölüm hökmünün tətbiq edilməsi kimi təklif də yer alıb.

Sənəddə daha bir maddənin isə narkotik preparatlara reseptlərin yazılması qaydaları ilə bağlı olacağı bidirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti