...

Rusiya XİN-in Britaniyaya "cəzası" - Diplomatlar ixtisar olunur

Dünya xəbərləri Materials 30 Mart 2018 16:31 (UTC +04:00)
Böyük Britaniya Rusiyadakı səfirlik və konsulluqlarında əməkdaşlarının sayını azaltmalıdır.
Rusiya XİN-in Britaniyaya "cəzası" - Diplomatlar ixtisar olunur

Bakı. Trend:

Böyük Britaniya Rusiyadakı səfirlik və konsulluqlarında əməkdaşlarının sayını azaltmalıdır.

Trend-in məlumatına görə, bunu bu gün Rusiya XİN-ə çağırılan Böyük Britaniyanın səfiri Lori Bristou deyib.

Səfirin sözlərinə görə, bunun üçün onlara 1 ay vaxt verilib.

Qeyd edək ki, rusiyalı diplomatlara qarşı "Skripalın işi" ilə əlaqədar addım atmış ölkələrin səfirləri bu gün nazirliyə çağırılıb.

Martın əvvəllərində Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripalın Londonda öz qızı ilə birlikdə zəhərlənməsi ilə əlaqədar ümumilikdə 20-dən çox ölkə Rusiyanın 100-dən artıq diplomatını ərazisindən çıxarıb.

İlk olaraq isə həmin işlə əlaqədar Böyük Britaniya 100 rusiyalı diplomatı ölkədən çıxarmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti