...

Süleyman Şah türbəsi Suriyaya qaytarılacaq

Dünya xəbərləri Materials 2 Aprel 2018 14:10 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Suriyada Türkiyənin anklavı hesab olunan və 2015-ci ilin fevralında İŞİD terror təşkilatı ilə mübarizə zamanı təhlükəsizlik məqsədləri ilə Suriyadan çıxarılan Süleyman Şah türbəsi əvvəlki yerinə qaytarılacaq.

Trend-in məlumatına görə, bunu Türkiyə baş nazirinin müavini Fikri İşık deyib.

O qeyd edib ki, İŞİD təhdidi ilə əlaqədar türbə üç il Türkiyə-Suriya sərhədindəki Eşme kəndinə köçürülmüşdü.

Nazir müavini türbənin əvvəlki yerinə qaytarılacağı dəqiq tarixi açıqlamayıb.

Qeyd edək ki, 1921-ci ildə imzalanmış beynəlxalq müqaviləyə əsasən Süleyman Şah türbəsi Türkiyənin anklavı hesab olunur. Türbəni Kobani rayonunda 40-a yaxın türk hərbçisi qoruyurdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti