Bakı. Trend:
Ermənistan parlamentinin ölkənin yeni baş nazirini seçmək üçün keçirdiyi xüsusi iclas nəticəsiz başa çatıb.
Trend-in "RİA Novosti"yə istinadən məlumatına görə, baş nazirliyə yeganə namizəd, müxalifət lideri Nikol Paşinyanın seçilməsi üçün kifayət qədər səs toplanmayıb.
Paşinyanın lehinə lazım olan 53 səsdən cəmi 45-i verilib.
Əleyhinə isə hakim partiyanın deputatları səs verib.