Bakı. Trend:
“Saudia” aviaşirkətinə məxsus, Mədinə şəhərindən Banqladeşin paytaxtı Dəkkəyə uçan təyyarə Ciddə şəhərində təcili eniş etməli olub.
Trend-in məlumatına görə, buna səbəb hidravlik sistemində qeydə alınan qüsur olub.
Qeyd olunur ki, pilotlar təyyarənin istiqamətini dəyişərək Ciddə hava limanında eniş etmək qərarına gəliblər.
Sərt eniş nəticəsində 52 sərnişinin yüngül xəsarətlər aldığı bildirilir.
Qeyd edək ki, hadisə zamanı təyyarədə 141 sərnişin və 11 heyət üzvü olub.