...

Tbilisidə kütləvi etiraz aksiyaları davam edir

Dünya xəbərləri Materials 3 İyun 2018 20:24 (UTC +04:00)
Etiraz aksiyasının təşəbbüskarı Zaza Saralidze Gürcüstan hökumətinin istefasını tələb edir.
Tbilisidə kütləvi etiraz aksiyaları davam edir

Bakı. Trend:

Etiraz aksiyasının təşəbbüskarı Zaza Saralidze Gürcüstan hökumətinin istefasını tələb edir. Amma oğlunun ölümündə günahkarların həbs ediləcəyi təqdirdə etiraz aksiyalarını bitirəcəyinə söz verir. Bu haqda o paytaxtın Qələbə parkında bazar günü parallel keçirilən miting zamanı söyləyib.

“Bəziləri deyir ki məni müxalifət dəstəkləyir. Mənim üçün siyasət və siyasi partiyalar önəmli deyil. Mən ədalət istəyirəm. Mən dediklərim insanları həbs edsinlər və mən dərhal evimə qayıdacağıma söz verirəm, “ – Saralidze bu bəyanatla çıxış etdi.

Qələbə parkında tədbir davam edir, parlament önündə mitinq isə hal hazırda başlamaqdadır.

Xatırladaq ki, etiraz aksiyaları Gürcüstanın paytaxtında mayın 31 başladı. 2017-ci ilin dekabr ayında Tbilisidə qətlə yetirilmiş iki gəncin işiylə bağlı təqsirləndirilənlərin hər ikisini məhkəmə azadlığa buraxdı. Qətlə yetirilənlərdən biri Zaza Saralidzenin oğlu 16 yaşlı David Saralidze olmuşdur.

O hesab edir ki, prokurorluq bu işi qərəzli şəkildə araşdırır və hadisənin iştirakçılarından birini, qurumun keçmiş əməkdaşının oğlunu məsuliyyətdən yayındırmağa çalışır. Cümə axşamı Tbilisi şəhər məhkəməsi şübhəlilərdən birinə bəraət verdi, digərinin isə təqsirləndirildiyi maddəni daha yumşağı ilə əvəz etdi. Bu, öldürülən yeniyetmənin atasının qəzəbinə səbəb oldu.

Gürcüstanın parlamenti binasının qarşısında keçirilən etiraz aksiyası nəticəsində ölkənin baş prokuroru istefaya qetdi. Sonra isə mitinq iştirakçıları ədliyyə naziri Teya Tsulukianinin istefasını tələb edirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti