Bakı. Trend:
Qətər NATO-nun üzvü ola bilməz.
Trend-in məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
Onun sözlərinə görə, buna səbəb NATO-nun Avropa və Şimali Amerika ölkələri üçün nəzərdə tutulmasıdır: "Şimali Atlantika müqaviləsi təşkilatı - Avropa və Şimali Amerika ölkələri üçün olan təşkilatdır, bizim nizamnamədə belə yazılıb".
Y.Stoltenberq əlavə edib ki, Qətər NATO-nun regionda qiymətli tərəfdaşıdır.