...

Kim Çen Inın nümayəndə heyətinin ilk təyyarəsi Sinqapurda enib

Dünya xəbərləri Materials 10 İyun 2018 11:15 (UTC +04:00)
"Air Koryo" aviaşirkətinin İl-76 yük təyyarəsi Sinqapurun "Çanqi" beynəlxalq hava limanında eniş edib
Kim Çen Inın nümayəndə heyətinin ilk təyyarəsi Sinqapurda enib

Bakı. Trend:

"Air Koryo" aviaşirkətinin İl-76 yük təyyarəsi Sinqapurun "Çanqi" beynəlxalq hava limanında eniş edib.

Trend-in Yaponiyanın "NHK" telekanalına istinadən verdiyi məlumata görə, İl-76 təyyarəsi Sinqapura Koreya Xalq Demokratik Respublikanın "(KXDR" lideri Kim Çen Inın şəxsi avtomobillərini gətirib.

KXDR liderinin özünündə bu gün Sinqapura gələcəyi gözlənilir.

Daha əvvəl "Yonhap" agentliyi bildirmişdi ki, KXDR lideri ABŞ prezidenti Donald Trampla görüşmək üçün Phenyandan Sinqapura yola çıxıb.

Qedy edək ki, iki ölkə liderinin görüşü iyunun 12-si Sentosa adasında yerləşən "Capella" otelində baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti