...

ABŞ iqtisadiyyatından danışan De Niroya Tramp: Başından zərbələr alıb

Dünya xəbərləri Materials 13 İyun 2018 15:37 (UTC +04:00)
ABŞ Prezidenti Donald Tramp Hollivud aktyoru Robert de Nironu sərt tənqid edib
ABŞ iqtisadiyyatından danışan De Niroya Tramp: Başından zərbələr alıb

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Hollivud aktyoru Robert de Nironu ölkənin iqtisadi durumu ilə bağlı fikrinə görə sərt tənqid edib.

Trend-in məlumatına görə, D.Tramp aktyorun kəllə travması aldığını hesab etdiyini deyib:

“Robert de Niro intellektual səviyyəsi aşağı olan bir adamdır. O, kino çəkilişləri zamanı başından çoxlu zərbələr alıb”. Qeyd edək ki, ABŞ prezidenti bu fkirləri özünün "Twitter" səhifəsində yazıb.

D.Tramp əlavə edib ki, ABŞ iqtisadiyyatı bu gün heç vaxt olmadığı qədər güclüdür.

Xatırladaq ki, neçə gün əvvəl R.de Niro bir neçə gün əvvəl mükafatlandırma mərasimi zamanı D.Tramp barəsində təhqiramiz ifadələr işlətmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti