...

PYD və YPG dəstələrinin Mənbicdən çıxacağı TARİX açıqlanıb

Dünya xəbərləri Materials 21 İyun 2018 16:08 (UTC +04:00)
PYD və YPG terror təşkilatlarının silahlə dəstələri Suriyanın Mənbic şəhərini iyulun 4-dən tərk etməyə başlayacaq
PYD və YPG dəstələrinin Mənbicdən çıxacağı TARİX açıqlanıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

PYD və YPG terror təşkilatlarının silahlı dəstələri Suriyanın Mənbic şəhərini iyulun 4-dən tərk etməyə başlayacaq.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

M.Çavuşoğlunun sözlərinə görə, PYD və YPG dəstələrinin çıxarılması çərçivəsində ABŞ daha əvvəl onlara verilən silahları yığmağa başlayacaq.

Nazir həmçinin qeyd edib ki, həmin dəstələr Mənbicdən ABŞ və Türkiyə arasında əldə olunmuş saziş əsasında çıxmağa başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti