...

Ərdoğan and içdi

Dünya xəbərləri Materials 9 İyul 2018 17:44 (UTC +04:00)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə parlamentində and içib.
Ərdoğan and içdi

Bakı. Rufiz Hafizoğlu – Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə parlamentində and içib.

Trend-in məlumatına görə, andiçmədən sonra R.T.Ərdoğan Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət edib.

Xatırladaq ki, iyulun 4-də Türkiyə Mərkəzi Seçki Komissiyası prezident və parlament seçkilərinin yekun nəticələrini açıqlayıb.

Yekun nəticələrə əsasən Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində 52,59 faiz, Muharrem İncə 30,64 faiz, Meral Akşener 7,29 faiz, Səlahəddin Demirtaş 8,4 faiz, Təməl Karamollaoğlu 0,89 faiz, Doğu Perinçek 0,2 faiz səs toplayıb.

Parlament seçkilərinə gəldikdə isə Ədalət və İnkişaf Partiyası (AKP) 42,56 faiz, Milliyətçi Hərəkat Partiyası (MHP) 11,1 faiz, Cümhuriyyət Xalq Partiyası (CHP) 22,65 faiz, İYİ partiyası 9,96 faiz, Xalqların Demokratik Partiyası (HDP) 11,7 faiz, Səadət Partiyası (SP) 1,23 faiz, Vətən Partiyası (VP) 0,23 faiz səs toplayıb.

Beləliklə, parlamentdə AKP 295, MHP 49, CHP 146, İYİ partiyası 43, HDP 67 millət vəkili ilə təmsil olunacaq. SP və VP parlamentdə təmsil olunmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti