Bakı. Trend:
Bolqarıstan Yunanıstana meşə yanğınları ilə mübarizədə kömək etməyə hazırdır.
Trend-in məlumatına görə, bunu Bolqarıstanın Baş naziri Boyko Borisov yunanıstanlı həmkarı Aleksis Tsiprasla telefon danışığı zamanı deyib.
B.Borisov bildirib ki, Sofiya Afinaya 50 yanğınsöndürən və iki xüsusi maşın vermək niyyətindədir.
A.Tsipras yardım təklifinə görə minnətdarlığını bildirib və ehtiyac anında bu təklifdən yararlanacaqlarını vurğulayıb.
Qeyd edək ki, son məlumatlara görə, paytaxt Afina yaxınlığında meşə yanğınları zamanı ölənlərin sayı 50-yə çatıb.