...

Hindistanda daşqınlar 350-dən çox insanın ölümünə səbəb olub

Dünya xəbərləri Materials 20 Avqust 2018 06:18 (UTC +04:00)

Bakı. Trend:

Son 100 ilin ən güclü daşqınları Hindistanın Kerala ştatında baş verib.

Trend-in məlumatına görə, Hindistanda güclü yağışlar mayın 29-dan başlayıb və ən azı 2 gün daha davam edəcək.

Güclü yağışlar nəticəsində başlayan daşqınlar 357 nəfərin ölümünə səbəb olub. Yalnız son 11 gün ərzində 220 nəfər həlak olub.

Yerli hakimiyyətin məlumatına əsasən, daşqınların vurduğu zərər 3 milyard dollara yaxınlaşır. 680 mindən artıq insan öz evini tərk etmək məcburiyyətində qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti