...

Türkiyədə meşə yanğını

Dünya xəbərləri Materials 25 Avqust 2018 09:50 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Kastamonu vilayətinin Araç rayonunda meşə sahəsində yanğın başlayıb.

Trend-in məlumatına görə, yanğın 20 hektar ərazini əhatə edib.

Yanğının qarşısının alınmasına yanğınsöndürmə briqadaları və iki vertolyot cəlb olunub.

Qeyd edək ki, bundan əvvəl İstanbul ətrafında meşə zolağında yanğın olmuşdu.

Türkiyə ərazisinin 27,6 faizini meşə sahəsi təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti