...

Traktor parlament yaxınlığında avtomobillərə çırpıldı

Dünya xəbərləri Materials 16 Oktyabr 2018 12:23 (UTC +04:00)
Türkiyənin paytaxtı Ankarada parlament binası yaxınlığında traktor avtomobillərə çırpılıb
Traktor parlament yaxınlığında avtomobillərə çırpıldı

Bakı. Rufiz Hafizoğlu – Trend:

Türkiyənin paytaxtı Ankarada parlament binası yaxınlığında traktor avtomobillərə çırpılıb.

Trend-in məlumatına görə, polisin çoxsaylı xəbərdarlıqlarına baxmayaraq, traktor sürücüsü dayanmaqdan imtina edib.

Polis traktorun təkərlərinə atəş açdıqdan sonra nəqliyyat vasitəsi yaxınlıqdakı avtomobillərə çırpılıb.

45 yaşlı sürücü polis tərəfindən saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti