...

Türkiyədə zəlzələ: sakinlər təşvişə düşdü

Dünya xəbərləri Materials 29 Oktyabr 2018 10:02 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin cənub-qərbində, Muğla vilayətinin Dalaman rayonunda 4 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 07:32-də qeydə alınıb. Zəlzələnin ocağı 22 kilometr dərinlikdə olub.

Təbiət hadisəsi yerli sakinlərin təşvişə düşməsinə səbəb olub.

Tələfat və dağıntılar barədə məlumat verilmir

Xatırladaq ki, oktyabrın 24-də də Dalaman rayonunda zəlzələ olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti