...

Malibu şəhəri yaxınlığında yanan evlərin və tikililərin sayı 370-ə çatıb

Dünya xəbərləri Materials 13 Noyabr 2018 05:19 (UTC +04:00)
ABŞ-ın Malibu şəhərində (Kaliforniya ştatının cənubu) meşə yanğınları davam edir
Malibu şəhəri yaxınlığında yanan evlərin və tikililərin sayı 370-ə çatıb

Bakı. Trend:

ABŞ-ın Malibu şəhərində (Kaliforniya ştatının cənubu) meşə yanğınları davam edir.

Trend-in məlumatına görə, yanğın ştatda 370 ev və tikilini məhv edib. Daha əvvəl ştat hakimiyyəti 180-ə yaxın evin yandığını bildrimişdi.

Qeyd edilir ki, 370 kvadrat kilometri əhatə edən yanğının yalnız 20 faizini lokallaşdırmaq mümkün olub.

Ümumilikdə ştatın şimalında və cənubunda davam edən meşələr yanğınları nəticəsində azı 31 nəfər həlak olub. İnsan ölümü halları ən çox ştatın şimalında qeydə alınıb. Burada yanğın 450 kvadrat kilometri əhatə edir və yanğının yalnız 25 faizini lokallaşdırmaq mümkün olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti