...

Ömər Çelik: Xaşuqcinin qatilləri Səudiyyə Ərəbistanında gizlənir

Dünya xəbərləri Materials 14 Noyabr 2018 16:33 (UTC +04:00)
Səudiyyəli jurnalist Camal Xaşuqcinin qatilləri Səudiyyə Ərəbistanında gizlənir
Ömər Çelik: Xaşuqcinin qatilləri Səudiyyə Ərəbistanında gizlənir

Bakı. Rufiz Hafizoğlu - Trend:

Jurnalist Camal Xaşuqcinin qatilləri Səudiyyə Ərəbistanında gizlənir.

Trend-in məlumatına görə, bu sözləri Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmi nümayəndəsi Ömər Çelik deyib.

Onun sözlərinə görə, jurnalistin ölümü ilə bağlı əmr Səudiyyə Ərəbistanı hökumətindəki yüksək vəzifəli şəxslərdən gəlib.

Ö.Çelik əlavə edib ki, Ankara C.Xaşuqcinin qatillərinin Türkiyəyə verilməsində maraqlıdır.

Xatırladaq ki, oktyabrın 2-də ər-Riyadın siyasətini tənqid etməklə tanınan C.Xaşuqci Türkiyə vətəndaşı ilə nikahını rəsmiləşdirmək üçün sənədləri almaq məqsədilə Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gedəndən sonra itkin düşüb. Bir neçə gün sonra Türkiyə polisi onun itkin düşməsi ilə bağlı araşdırmalara başlayıb.

Oktyabrın 20-də isə Səudiyyə Ərəbistanı hakimiyyəti C.Xaşuqcinin Baş konsulluqda münaqişə nəticəsində öldüyünü bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti