Bakı. Trend:
ABŞ-da polis əməkdaşları səhvən 21 yaşlı kişiyə atəş açıb.
Trend-in CNN telekanalına istinadən verdiyi məlumata əsasən, hadisə Alabama ştatının Quver şəhərində baş verib. Polislər 21 yaşlı kişini ticarət mərkəzində atışmada günahkar hesab edib ona atəş açıblar.
Məlumata əsasən, hal-hazırda əsl cinayətkar sağ və azadlıqdadır. Polis onun axtarışını aparır.