...

Tramp Alyaskada fövqəladə vəziyyət elan etdi - Zəlzələdən sonra (FOTO)

Dünya xəbərləri Materials 1 Dekabr 2018 09:24 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp Alyaskada baş vermiş güclü zəlzələdən sonra ştatda federal fövqəladə vəziyyət elan edib.
Tramp Alyaskada fövqəladə vəziyyət elan etdi - Zəlzələdən sonra (FOTO)

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Alyaskada baş vermiş güclü zəlzələdən sonra ştatda federal fövqəladə vəziyyət elan edib. Trend-in məlumatına görə, bu barədə Ağ Evin məlumatında qeyd edilib.

Daha öncə isə D.Tramp ştat sakinlərinə dəstək göstəriləcəyinə söz verib.

Qeyd edək ki, Alyaska ştatında 6.6 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Ankorica şəhərindən 12 km şimalda, ocağı isə 35.5 km dərinlikdə yerləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti