...

Hindistanda 200 milyon nəfər etiraz edir: Maaş artırılsın

Dünya xəbərləri Materials 8 Yanvar 2019 11:07 (UTC +04:00)
Hindistanda təqribən 200 milyon nəfər ikigünlük ümummilli tətildə iştirak edir.
Hindistanda 200 milyon nəfər etiraz edir: Maaş artırılsın

Bakı. Trend:

Hindistanda təqribən 200 milyon nəfər ikigünlük ümummilli tətildə iştirak edir.

Trend-in məlumatına görə, etirazçılar minimal əməkhaqqının və pensiyaların artırılmasını, iş yerlərində şəraitin yaxşılaşdırılmasını tələb edirlər.

Nümayişçilər mərkəzi hakimiyyəti işçilərin maraqlarını müdafiə etməməkdə günahlandırırlar.

Ölkənin bir sıra bölgələrində tətil iştirakçıları dəmir və avtomobil yollarını bağlayıblar. Qərbi Benqaliya və Kerala ştatlarında isə polislə toqquşmalar qeydə alınıb.

Bir sıra şəhərlərdə məktəb, mağaza və iş yerləri bağlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti