...

"Toyota" 1,3 milyona yaxın avtomobili geri çağırıb

Dünya xəbərləri Materials 24 Yanvar 2019 15:12 (UTC +04:00)
"Toyota" şirkəti ABŞ-da 1,3 milyona yaxın avtomobili geri çağırıb
"Toyota" 1,3 milyona yaxın avtomobili geri çağırıb

Bakı. Trend:

"Toyota" şirkəti ABŞ-da 1,3 milyona yaxın avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, qərar avtomobillərdə Yaponiyanın "Takata" şirkətinin istehsalı olan təhlükəsizlik yastıqlarının dəyişdirilməsi ilə əlaqədardır.

Qeyd olunur ki, "Takata"nın təhlükəsizlik yastıqları qəza zamanı həddən çox böyük qüvvə ilə açıla və sürücünü metal və plastik hissəciklərin zərbəsinə məruz qoya bilər.

Qəzalar zamanı həmin insidentlər nəticəsində 23 nəfərin həlak olduğu, yüzlərlə şəxsin xəsarət aldığı deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti