...

Güclü qar yenidən dəniz reyslərini dayandırdı

Dünya xəbərləri Materials 16 Yanvar 2019 09:51 (UTC +04:00)
Artıq bir həftədir ki, İstanbul akvatoriyasında dəniz reysləri təxirə salınır.
Güclü qar yenidən dəniz reyslərini dayandırdı

Bakı. Rufiz Hafizoğlu - Trend:

Artıq bir həftədir ki, İstanbul akvatoriyasında dəniz reysləri təxirə salınır. Trend-in məlumatına görə, reyslərin təxirə salınması barədə Türkiyənın Dəniz nəqliyyatının idarə edilməsi üzrə təşkilatından bildiriblər.

Güclü qar və külək səbəbindən Bursada da dəniz reyslərinin dayandırıldığı bildirilir.

Türkiyənin vilayətlərində qar qatının hündürlüyü yarım metrə çatır.

Sonuncu dəfə reyslər yanvarın 10-da təxirə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti