...

BVF Pakistana maliyyə yardımı göstərməyə hazırdır

Dünya xəbərləri Materials 11 Fevral 2019 05:24 (UTC +04:00)
Beynəlxalq Valyuta Fondu (BVF) Pakistana lazımi maliyyə yardımı göstərməyə hazırdır
BVF Pakistana maliyyə yardımı göstərməyə hazırdır

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondu (BVF) Pakistana lazımi maliyyə yardımı göstərməyə hazırdır.

Trend-in məlumatına görə, bu barədə BVF-nin rəhbəri Kristin Laqard Pakistanın baş naziri İmran Xan ilə Dubayda keçirilən görüşü zamanı bildirib.

K.Laqard deyib: "Mən təsdiq etdim ki, Beynəlxalq Valyuta Fondu Pakistana dəstək göstərməyə hazırdır. Mən həmçinin vurğuladım ki, qətiyyətli siyasət və iqtisadi islahatlar paketi Pakistana öz iqtisadiyyatını bərpa etməyə və daha inamlı artım üçün təməl qoymağa kömək edəcək".

BVF-nin rəhbəri qeyd edib ki, baş nazir İ.Xan ilə bizim yaxşı və konstruktiv görüşümüz baş tutdu: "Görüş zamanı biz iqtisadiyyatda yaxınlarda baş verən hadisələri və Pakistan üçün Beynəlxalq Valyuta Fondunun dəstək proqramının perspektivlərini müzakirə etdik".

Qedy edək ki, Pakistan hakimiyyəti BVF-dən 6-7 milyard dollar dəyərində kredit istəməyi planlaşdırırlar. Bu halda BVF İslamabaddan büdcə kəsirinin azaldılması və vergi sisteminin genişləndirilməsini tələb edə bilər.

Pakistan 1980-ci ildən BVF-yə dəfələrlə maliyyə yardımı üçün müraciət edib. Sonuncu dəfə isə 2013-cü ildə müraciət edilib və BVF Pakistana 6,6 milyard dollarlıq kredit ayırıb.

Xəbər lenti

Xəbər lenti