...

Ermənistanda yeni hakimiyyət əleyhinə etiraz aksiyası keçiriləcək - KİV

Dünya xəbərləri Materials 5 Mart 2019 15:49 (UTC +04:00)

Bakı. Trend:

Ermənistanda hakimiyyət əleyhinə etiraz aksiyası keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə Ermənistanın "Qraparak" qəzeti yazır.

Qeyd olunur ki, Ermənistan İslahatçılar Partiyasının sədri Vahan Babayan martın sonunda "Vədlərinizi yerinə yetirin!" şüarı altında yeni hakimiyyətin əleyhinə etiraz aksiyası keçirməyə hazırlaşır.

Bildirilir ki, V.Babayanın partiyası hazırda baş nazir Nikol Paşinyanın hansı vədlərə əməl edib-etmədiyini aydınlaşdırır, siyahı hazırlayır. Bunda məqsəd yeni hakimiyyətə "güclü və əsaslı zərbə" endirməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti