Bakı. Trend:
Kolumbiyanın qərbində 6,1 bal gücündə zəlzələ baş verib.
Trend-in ABŞ Geoloji Xidmətinə istinadən veridiyi məlumata görə, "UTC" vaxtı ilə saat 19:21-də qeydə alınan yeraltı təkanların episentri El Dovio şəhərindən 7 kilometr şimal-qərbdə, ocağı isə 113 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.