...

Əfqanıstanda vitse-prezidentə hücum olunub

Dünya xəbərləri Materials 30 Mart 2019 20:16 (UTC +04:00)
Əfqanıstanda taliblər ölkə vitse-prezidenti Əbdül-Rəşid Dustumun maşın karvanına hücum ediblər.
Əfqanıstanda vitse-prezidentə hücum olunub

Bakı. Tural Turan - Trend:

Əfqanıstanda taliblər ölkə vitse-prezidenti Əbdül-Rəşid Dustumun maşın karvanına hücum ediblər. Trend-in məlumatına görə, bir cangüdən həlak olub, daha iki nəfər isə yaralanıb.

Hücum şənbə günü səhər Dustumun maşın karvanının Bəlxdən Cauzcan əyalətinə yollanarkən baş verib. Hadisə nəticəsində birinci vitse-prezident xəsarət almayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti