...

Tramp Meksika ilə sərhədi bağlamaq niyyətini təsdiqləyib

Dünya xəbərləri Materials 3 Aprel 2019 02:47 (UTC +04:00)
Prezident Donald Trump Meksika ilə sərhədi onların ABŞ-a qeyri-qanuni miqrant axınının qarşısını almadığı təqdirdə tam və ya qismən bağlamaq niyyətini təsdiqləyib.
Tramp Meksika ilə sərhədi bağlamaq niyyətini təsdiqləyib

Bakı. Trend:

Prezident Donald Trump Meksika ilə sərhədi onların ABŞ-a qeyri-qanuni miqrant axınının qarşısını almadığı təqdirdə tam və ya qismən bağlamaq niyyətini təsdiqləyib.

Trend-in məlumatına görə, bunu Tramp jurnalistlərə çıxışı zamanı deyib.

Tramp bildirib: "Əgər biz Konqress ilə razılığa gəlməsək və Meksika etməli olduqlarını yerinə yetirməsə, biz sərhədi bağlayacağıq. Və ya sərhədin hər hansı bir hissələrini bağlayacağıq, tam deyil. Ancaq bu cavabın yeganə variantıdır, mən bunu etmək niyyətindəyəm".

Tramp təsdiqləyib ki, bu ABŞ iqtisadiyyatına mənfi təsir göstərəcək: "Mənimçün həm ticarət, həm sərhəd vacibdir, ən əsası isə təhlükəsizlikdir. Bizdə ya möhkəm sərhəd, ya da ki bağlı sərhəd olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti